Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakupost.az xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Asim Abbasov məhkəməyə barışıq əldə olunması ilə bağlı natoriusda təsdiq olunmuş ərizəni təqdim edib.
Daha sonra zərərçəkən şəxslər sərbəst ifadə verib.
Zərərçəkən Nəzakət Paşayeva sərbəst ifadəsində bildirib ki, heç bir şikayəti və tələbi yoxdur: “Artıq barışıq əldə olunub”.
Prosesdə zərərçəkən qisimdə tanınan Nürəddin Cəlilov da “Biz bu gün barışmışıq. Heç bir şikayət və təklifim yoxdur”, deyə bildirib.