“Ağadadaş müəllimin görüntülərini gördüm. Heç istəməzdim belə bir şey olsun. Çünki Ağdadaş müəllim tərbiyəli, yerini bilən, ədəb-ərkanlı bir insandır və müəllimdir. Əlli ilə yaxındır sənətdədir, yaşı 70-ə yaxınlaşıb, müəyyən xəstəliklər keçirib, səhhətində problemlər yaşayıb”.
Bakupost.az xəbər verir ki, bunu müğənni Nadir Qafarzadə Xalq artisti Ağdadaş Ağayevin döyülməsi haqda danışarkən deyib.
O, müğənninin ağsaqqal kimi həmişə sənət cameəsində hörmət qazandığını bildirib:
“Bizə valideynlərimiz həmişə deyib ki, böyüklərin hörmətini saxlayın. Hətta böyüyün səhvi olsa belə, ona hörmət etmək lazımdır. Ağadadaş müəllim sakit adamdı, amma görün, necə hövsələdən çıxarıblarsa, o insan bu vəziyyətə düşüb. Günah kimdə olub, bilmirəm. Hətta günah Ağdadaş müəllimdə olsa belə, böyüklərlə bir az mehriban davranmaq lazımdır. Hamımız yaşlanacağıq, insandı, hövsələdən çıxa bilir. Xəstəlikdən onda müəyyən travmalar qala, əsəbləri yerində olmaya bilər”.
Vasif Əlihüseyn
BakuPost
Müəllim?8))