Ru
19:22 / 02 İyul 2024

Ağalı kənd məktəbinin direktoru işdən çıxarıldı

4592
Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova vəzifəsindən azad olunub.

Bakupost.az -ın "Report"a istinadla verdiyi məlumata görə, o, səhhətində yaranan problemlə əlaqədar öz ərizəsi əsasında ixtisası üzrə müəllim kimi saxlanılmaqla tutduğu vəzifədən azad edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən faktı təsdiqləyiblər.

Bildirilib ki, direktor vəzifəsi həmin məktəbin coğrafiya müəllimi Aslanlı Sahilə həvalə olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər