Ru
14:08 / 01 Fevral 2025

Ağcabədidəki partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

Ağcabədidəki partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ
Eye

Yanvarın 31-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən partlayış zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

Bakupost.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, partlayışda xəsarət alan iki nəfərin (qadın cinsli) müalicəsi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir.

"Hazırda onların vəziyyəti stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, ötən gün saat 12:00-da Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində əl qumbarası partlayıb. Hadisə nəticəsində beş nəfər həlak olub, iki nəfər xəsarət alıb. Faktla bağlı cinayət işi başlanıb.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar