Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonunun Hindarx qəsəbəsində baş verən parlayış nəticəsində 5 nəfər ölüb, onlardan üçü yetkinlik yaşına çatmayan şəxsdir:
1. Şamiq Əfqan oğlu Quliyev (1959);
2. Bəhruz Şamiq oğlu Quliyev (1983);
3. Məhəmməd Vidadi oğlu Məmmədli (2015);
4. Murad Vidadi oğlu Məmmədli (2018);
5. Natiq Namiq oğlu Quliyev (2018).
İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
1. Ülviyyə Şamiq qızı Quliyeva (Məmmədova) (1985);
2. Aysun Namiq qızı Quliyeva (2015).
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.