Ru
21:26 / 28 Fevral 2025

Ağdaşda işəgötürənlərlə görüş keçirilib

Ağdaşda işəgötürənlərlə görüş keçirilib
Eye 740



Ağdaşda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev və Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə işəgötürənlərlə görüşüb.

Görüşdə əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi, regionda investisiya imkanlarının genişləndirilməsi və sahibkarların dövlət dəstəyindən səmərəli istifadəsi məsələləri müzakirə olunub. İşçi qüvvəsinin inkişaf etdirilməsi, layiqli əməyin təmin olunması və sosial-iqtisadi inkişafa töhfə verəcək təşəbbüslərin dəstəklənməsinin diqqət mərkəzində olduğu sahibkarların diqqətinə çatdırılıb.
Bundan əlavə, əmək münasibətlərinin rəqəmsallaşdırılması üzrə qanunvericiliyə edilmiş son dəyişikliklərin işəgötürənlərə yaratdığı imkanlar, işəgötürənlərə mövcud dövlət dəstək proqramları və məşğulluq mexanizmləri, əmək münasibətləri sahəsində “DOST müfəttiş” və “Nümunəvi işəgötürən” layihələri barədə məlumat verilib, əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığı və məşğulluğun artırılması, əməyin mühafizəsi üzrə işlərin düzgün qurulması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Görüş zamanı dövlət və özəl sektorlar arasında tərəfdaşlığın gücləndirilməsi və Ağdaş rayonunda yeni iş yerlərinin yaradılması istiqamətində təkliflər səsləndirilib, işəgötürənlərin müvafiq sualları cavablandırılıb.



Ağdaşda işəgötürənlərlə görüş keçirilib
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar