Ru
21:19 / 30 Noyabr 2024

Ağdərə-Kəlbəcər yolunda maşın aşdı: 4 nəfər öldü

Ağdərə-Kəlbəcər yolunda maşın aşdı: 4 nəfər öldü
Eye

20:52

Ağdərə-Kəlbəcər yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az Report-a istinadən xəbər verir ki, sözügedən yolda yolsuzluq avtomobili aşıb.

Qəza nəticəsində 3 nəfərin öldüyü, 1 nəfərin yaralanması bildirilir.

Faktla bağlı araşdırma başlayıb.

***

Ağdərə-Kəlbəcər yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub.

Yolsuzluq avtomobilinin aşması nəticəsində Asəf Raquf oğlu Kərimov, Samir Mətləb oğlu Məmmədov, Mütalib Telman oğlu Həsənov, Sərdar İmran oğlu Alxanov aldıqları xəsarətdən hadisə yerində ölüblər.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan İlkin Qurban oğlu Zülfüqarov isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar