Ru
15:30 / 15 Mart 2025

Agentlik sədrinə yeni müavinlər təyin edildi

Agentlik sədrinə yeni müavinlər təyin edildi
Eye

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində yeni təyinatlar olub.

Bakupost.az -ın Modern.az-a istinadən əldə etdiyi məlumata görə, Tural Mailov və Aygün Musayeva Agentliyin idarə heyətinin sədri Fərid Məmmədovun müavinləri təyin olunublar.

Qeyd edək ki, Tural Mailov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, orta təhsilini ABŞ-nin Miçiqan Ştatının Battle Creek şəhərində alıb. Daha sonra Qərb Universitetinin "Beynəlxalq hüquq” ixtisası üzrə bitirib. Bu təyinata qədər DOST Agentliyi idarə heyəti sədrinin müşaviri olaraq fəaliyyət göstərib.

Aygün Musayeva bu vəzifəyə qədər DOST xidmətləri departamentini müdiri vəzifəsində fəaliyyət göstərib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar