Ru
14:36 / 27 Mart 2025

Agentliyin sədrinə yeni müavin təyin edildi - FOTO

Agentliyin sədrinə yeni müavin təyin edildi  - FOTO
Eye

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinə yeni müavin təyin edilib.

Bakupost.az -ın Modern.az-a istinadən məlumatına görə, sözügedən vəzifəyə Emil Hüseynli gətirilib.

O, martın əvvəlindən səlahiyyətlərinin icrasına başlayıb.

Qeyd edək ki, Emil Hüseynli 2018-2019-cu illərdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Kiçik və orta biznesin maraqlarının müdafiəsi departamentinin müdiri, 2019-2025-ci illərdə İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb.

Xatırladaq ki, bundan əvvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin edilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar