Ru
20:43 / 15 Fevral 2025

Ağstafada 4 nəfər dəm qazından zəhərləndi

Ağstafada 4 nəfər dəm qazından zəhərləndi
1564

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

Bakupost.az -ın məlumatına görə, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü T.Məmmədova, 1991-ci il təvəllüdlü N.Lahıcova, 2013-cü il təvəllüdlü A.Lahıcova və 2011-ci il təvəllüdlü A.Lahıcova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Məlumata görə, hər 4 şəxs yaşadığı evdə vanna otağında dəm qazından zəhərlənib.Faktla bağlı araşdırma aparılır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar