Ru
22:37 / 13 Mart 2025

Ağstafada 8 nəfər dönərdən zəhərləndi - Adlar+Yeniləndi

Ağstafada 8 nəfər dönərdən zəhərləndi - Adlar+Yeniləndi
Eye

21.43

Ağstafada dönərdən kütləvi zəhərlənmə baş verib.


Bakupost.az -ın məlumatına görə, hadisə Ağstafa şəhərinin mərkəzində yerləşən dönərxanaların birində qeydə alınıb.

Belə ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Hazırda zəhərlənən şəxslərə xəstəxanada ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır

***

Ağstafada dönərdən zəhərlənən şəxslərin adları məlum olub.

Bakupost.az -ın məlumatına görə, zəhərlənən şəxslər rayon sakinləri 2021-cü il Ö.Abbasov, 2006-cı il təvəllüdlü N.Abbasova, 1997-ci il təvəllüdlü M.Məmmədli, 2023-ci il təvəllüdlü Z.Məmmədli, 1971-ci il təvəllüdlü M.Rəhimova, 2018-ci il təvəllüdlü H.Sadıqzadə,2015-ci il təvəllüdlü G.Sadıqzadə, 2013-cü il təvəllüdlü F.Yolçiyeva və 1944-cü il təvəllüdlü H.Rəhimovadır.

Hazırda zəhərlənən şəxslərə tibbi yardım göstərilir.


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar