Ağstafada yol qəzası baş verib.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki,hadisə rayonun Xətai kəndində qeydə alınıb.
Sürücü E.Mamayev idarə etdiyi "Mersedes" markalı avtomobilin idarə etməsini itirib və maşın ağaca çırpılıb. 2005-ci il təvəllüdlü sürücü hadisə yerində vəfat edib.
Qeyd edək ki, ölən şəxs Bakı Dövlət Universitetinin Qazax filialının üçüncü kurs tələbəsidir.