Ru
00:10 / 05 Dekabr 2024

Ağstafada yanğın: xəsarət alan var

Ağstafada yanğın: xəsarət alan var
Eye

Ağstafada fərdi yaşayış evində yanğın baş verib.

Bakupost.az xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Evin qonaq otağında olan paltarlar qaz sobasının üzərinə düşüb və yanğın olub. Dərhal əraziyə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı 1969-cu il təvəllüdlü S.Qasımova yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilib.

Yanğının başvermə səbəbləri araşdırılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar