Son on beş gündə əksər sürücülər və avtomobil sahibləri Aİ-92 markalı benzinin keyfiyyətindən şikayət edirlər.
Bakupost.az -ın məlumatına görə, onlar bildirirlər ki, əvvəllər 10 manatlıq benzinlə 100 km qət edirdilərsə, indi həmin məbləğə aldıqları benzin 70-80 km məsafəyə bəs edir. Sürücülər həmçinin qeyd edirlər ki, Aİ-92 markalı benzindən xoşagəlməz qoxu gəlir.
"Gecə yanacaq çəninin doldurursan, sürmədiyin halda sabah baxırsan ki, çəndə bənzinin səviyyəsi düşüb. Maşınlar bu benzinlə normal işləmir", - deyə sürücülərdən biri sosial şəbəkədə bildirib.
Apardığımız qısa araşdırma zamanı da məlum oldu ki, avtomobili olan bir çox sosial şəbəkə istifadəçiləri Aİ-92 markalı benzinin keyfiyyətindən şikayət edirlər.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əlaqə saxladıq. Şirkətdən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirdilər ki, yayılan məlumatlar həqiqətə uyğun deyil:
“Sorğunuza cavab olaraq bildiririk ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan və ölkədə satışı həyata keçirilən Aİ-92 avtomobil benzini AZS 059-2001 standartlarına cavab verir. Bunu nəzərə alaraq, qeyd edirik ki, Aİ-92 benzininin daha tez sərf olunması barədə məlumat həqiqəti əks etdirmir”.
Vasif Əlihüseyn
BakuPost
*Çörəyi tapşır çörəkçiyə, birini də üstəlik*! C.Məmmədquluzadənin *danaBaşın* başçılığı mülahizəsi müasirləşmədimi? Azərbycanın Neft emalı texnolojisi-krekinqi sonuncu dəfə neçənci ildə modernləşib? Təəssüf ki, özəl *arşını*, tələbatı ilə nefti ölçənlər 15dən 25-40 mln tona qədər artımı kifayət qədər yüksək saaysalar da, strateji təhlükəli və yeni emalsız-dərin krekinqsiz üç də yox, dörd qat itkidir? Daha geniş məhsullu, ətraf gəlirli Neft emalını yerin təkindən xarici şirkətlərlə cəmi üç-neft yağı, qatışıq kondensat və qazçıxaranlara *müftəyə* tapşırdılar? Azərbaycanın, Neft fondunun beşcə milyard yatırıb, üç-beş yüz milyardlar qazanmaq əvəzinə xaricə yüksək nəqlə prioritet verdilər.