Yaxın vaxtlarda Azərbaycanda “Aİ-92” markalı benzin və dizel bahalaşacaq.
Bakupost.az xəbər verir ki, bu barədə qafqazinfo məlumat yayıb.
Bildirilir ki, qiymət artımı çox olmayacaq.
Bakupost.az -ın əldə etdiyi məlumata görə isə, qiymət artımı təxminən 20 qəpik olacaq.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, hazırda ölkədə “Aİ-92” markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelinki isə 80 qəpikdir.
Elnur
BakuPost