Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:09 / 22 İyul 2024

Aİ Ermənistanla vizasız rejimə keçir?

1817
Avropa İttifaqı Ermənistanla viza rejiminin ləğvi ilə bağlı danışıqlara başlayıb. Ermənistan xarici işlər nazirinin "mühüm mərhələ" kimi qiymətləndirdiyi danışıqlarda bu ölkənin ordusuna böyük hərbi yardımlar da müzakirə olunub.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqının sözçüsü də bazar ertəsi verdiyi bəyanatda Ermənistan vətəndaşlarının vizadan azad edilməsi ilə bağlı danışıqlara başlanıldığını təsdiqləyib.

Avropa İttifaqı Şurasının internet saytında verilən açıqlamada Rusiyadan uzaqlaşmağa çalışan İrəvana vizadan əlavə təxminən 10 milyon avro dəyərində hərbi yardım təklif edildiyi də bildirilib.

Qeyd edək ki, Qarabağ işğaldan azad olunandan bəri Rusiyanın təsir dairəsindən uzaqlaşmağa çalışan Ermənistan Qərbə yaxınlaşmaq xətti götürüb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, bu, Ermənistan və Aİ arasında inkişaf edən tərəfdaşlıqda çox mühüm mərhələdir.

Viza rejiminin liberallaşdırılması Ermənistan vətəndaşlarına Şengen zonasına daxil olan ölkələrə viza tələb etmədən qısamüddətli səfərlər etmək imkanı verəcək. Oxşar imkanlar Avropa İttifaqı tərəfindən Moldova, Ukrayna və Ermənistanın qonşusu Gürcüstana da yaradılıb.

Şura öz bəyanatında bildirib ki, vizadan azad olunma yalnız Ermənistanın müəyyən meyarlara cavab verməsi şərti ilə həyata keçiriləcək. Erməni mediası bu prosesin bir neçə il çəkə biləcəyini yazıb.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar