Avropa İttifaqı yaxın vaxtlarda İranın Rusiyaya ballistik raketlər ötürməsi ilə bağlı şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə REUTERS iki avropalı diplomat və Aİ-nin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
Diplomatlardan biri deyib ki, Aİ xarici işlər nazirləri hava yolları və digər şirkətlər də daxil olmaqla, raketlərin ötürülməsinə kömək edən 14 nəfərə və təşkilata qarşı sanksiyalar tətbiq edəcək.