Ru
09:20 / 12 Noyabr 2024

Aİ ölkələrinin hərbi ehtiyaclarına 400 milyard xərclənəcək

Aİ ölkələrinin hərbi ehtiyaclarına 400 milyard xərclənəcək
Eye

Avropa Komissiyası Avropa İttifaqının (Aİ) büdcəsindən icmanın depressiv bölgələrinin inkişafına nəzərdə tutulmuş təxminən 400 milyard avro ayıraraq müdafiə ehtiyaclarına xərcləməyi planlaşdırır.

Bakupost.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.

Qəzetin mənbələrinə görə, Avropa Komissiyası yaxın vaxtlarda Aİ ölkələrinə hərbi-sənaye kompleksi və hərbi nəqliyyat infrastrukturuna “Birləşmə fondu”ndan (Cohesion fund) vəsait xərcləməyə icazə verməyi planlaşdırır. Bu fond blok ölkələrinin ən geridə qalmış bölgələrinin maliyyələşdirilməsi və onların inkişaf səviyyəsinin qabaqcıl bölgələrlə yaxınlaşdırılması üçün nəzərdə tutulub.

Brüssel yeddi il ərzində bu məqsədlər üçün 392 milyard avro ayırmağı planlaşdırırdı. Fond vəsaitlərinin əsas benefisiarları Şərqi Avropa ölkələri, ilk növbədə Polşa və Baltikyanı ölkələrdir.

Avropa Komissiyası hələlik bu pulların birbaşa silah alınmasına istifadəsinə razılıq verməyib, lakin onlar hərbi sənayeyə investisiyalara və hərbi infrastruktur layihələrinə xərclənəcək.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar