Ru
15:02 / 11 Yanvar 2025

Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul etmək istəyir

Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul etmək istəyir
540


Avropa Komissiyası (AK) yanvar 14-də Avropa İttifaqı ölkələri ilə Rusiyaya qarşı növbəti sanksiyalar paketi ilə bağlı məsləhətləşmələrə başlayacaq.

Bakupost.az xəbər verir ki, bu barədə Polşanın RMF 24 radiosuna bir neçə diplomatik mənbə məlumat verib.

Radionun məlumatına görə, Avropa İttifaqına sədrlik edən Polşa bu sanksiyalar paketinin 2025-ci il fevralın 24 qədər qəbul edilməsini istəyir.Eyni zamanda, yeni məhdudiyyətlərin hazırlanmasının bir sıra çətinliklərlə üzləşə biləcəyi qeyd olunur. Çünki Avropa İttifaqı diplomatları qərarların qəbul edilməsində müəyyən bir "tavan"a çatıldığına inanırlar.

Bundan əlavə, Macarıstan və Slovakiya kimi ölkələrin müqavimət göstərəcəyi gözlənilir.

Lalə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar