Avropa İttifaqı liderləri bu gün Brüsseldə keçirilən sammitdə Avropa Komissiyasının təklif etdiyi 800 milyard avroluq hərbiləşdirilmə planı üzrə razılığa gəliblər.
Bakupost.az -ın xarici KİV-ə istinadən xəbərinə götə, 27 ölkənin lideri Avropa Komissiyasının müdafiəni gücləndirmək planına yaşıl işıq yandırıb.
Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen martın 4-də qitənin müdafiə qabiliyyətini gücləndirmək üçün 150 milyard kredit də daxil olmaqla 800 milyard avronun ayrılmasını nəzərdə tutan “Avropanın yenidən silahlanması” adlı plan təklif edib.