Ru
12:06 / 26 Fevral 2025

Aİ səfiri Xocalı qurbanlarını yad etdi

Aİ səfiri Xocalı qurbanlarını yad etdi
876

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Xocalı soyqırımının qurbanlarını yad edib.

Bakupost.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin sosial media hesabında paylaşım edilib.

"Xocalıda baş verən dəhşətli hadisələrdə həlak olan günahsız insanların - qadınların, kişilərin, uşaqların və qocaların xatirəsini ehtiramla yad edərək kədərlənirik. Bu faciədə öz yaxınlarını, dostlarını və evlərini itirənlərə dərin hüznlə başsağlığı verirəm. Bu cür faciənin bir daha təkrarlanmaması üçün barışıq və davamlı sülh naminə çalışmaq bizim kollektiv borcumuzdur", - səfir qeyd edib.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar