Ru
23:57 / 18 Fevral 2025

Aİ Ukrayna münaqişəsini genişləndirmək istəyir - Rusiya XİN

Aİ Ukrayna münaqişəsini genişləndirmək istəyir - Rusiya XİN
Eye

Münhen Təhlükəsizlik Konfransı göstərdi ki, Avropa İttifaqı açıq şəkildə Ukrayna münaqişəsinin daha da gərginləşməsinin tərəfdarıdır.

Bakupost.az Qazeta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqvinov bildirib.

Bununla bağlı o, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Avropa İttifaqının “güc vasitəsilə sülh”ü təbliğ etdiyi barədə sözlərini xatırladıb. Eyni zamanda, diplomat Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın Ukrayna Silahlı Qüvvələrinin“hərbi əməliyyatların davam etdirilməsini” təmin etmək üçün Aİ-nin “bəzi resursları yenidən bölüşdürməyə” ehtiyacı olduğu fikrini ifadə edən bəyanatına diqqət çəkib.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar