Aİ və NATO ölkələri “istəklilər koalisiyası” formatında mümkün atəşkəsdən sonra Ukraynaya monitorinq missiyası və ya sülhməramlılar şəklində qoşun göndərmək məsələsini nəzərdən keçirir.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas bildirib.
"Biz monitorinq, sülhməramlılar, çəkindirmə və gücləndirmə missiyalarını nəzərdən keçiririk", - o deyib.
Onun sözlərinə görə, müzakirələr davam edir.
Zaur,BakuPost