Gənc müğənni Ayla Şiriyeva (Aila Rai) avtomobil qəzasına düşüb.
Bakupost.az xəbər verir ki, bu barədə “Primetime” səhifəsi məlumat yayıb.
Müğənninin Şahdağdan qayıdarkən yolda ağır qəzaya uğradığı bildirilir.
Sumqayıt Tibb Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilən ifaçı bu gün özəl xəstəxanaların birinə köçürülüb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, A.Şiriyeva 2018-ci ildə Türkiyənin məşhur “O səs” yarışmasında iştirak edib.
****
"Ayla Şiriyevanın (Aila Rai) səhhəti yaxşıdır, həyati təhlükəsi yoxdur, əməliyyat uğurlu keçib".
Bakupost.az xəbər verir ki, bu fikirləri
Oxu.Az-a açıqlamasında gənc müğənni Ayla Şiriyevanın prodüseri Aytən Əliyeva deyib.
O əlavə edib ki, A.Şiriyeva hazırda özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib:
"Aidə xanım xəsarət alıb, əməliyyat keçirib. Amma vəziyyətinin ağır olması ilə bağlı yayılan məlumatlar yanlışdır".
Xatırladaq ki, ötən gün Bakı-Quba magistral avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. 90-ZD-873 dövlət qeydiyyat nişanlı "KIA Sportage"i idarə edən qadın sürücü avtomobili aşırıb. Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb. Həmin qəzanın iştirakçılarından biri də A.Şiriyeva olub.