Ru
20:10 / 04 İyul 2024

Ailə-məişət davaları: "70 faiz hallarda kişi günahkardır" - Açıqlama

1967
Azərbaycanda ailə-məişət zəminində münaqişələrin sayı artıb. Demək olar ki, hər gün mediada baldızın kürəkəni, qadının yeyib-içdiyi kişini, kişinin isə qısqandığı arvadı və s. bıçaqladığı haqda xəbərlər yayılır.

Bu cür hadisələrin sayının artmasının səbəbi nədir?



Bakupost.az -ın sualını cavablandıran sosioloq Əhməd Qəşəmoğlu ölkədə sosial sahəyə aid lazımi araşdırmalar aparılmadığını bildirib.

O, mürəkkəbləşən cəmiyyətin elmə, maariflənməyə ehtiyacı olduğunu deyib:

“İndiki dövrdə cəmiyyəti elmsiz qoymaq böyük fəsadlar törədir. Burda elmi təminat xidməti olmalıdır. Bu isə bizim cəmiyyətdə aşağı səviyyədədir. Ona görə də hər gün sadaladığınız hadisələrlə rastlaşırıq”.

Sosioloq bu cür hadisələrin qarşısını almaq üçün ərazilər üzrə sosial işçilərin ayrılmasını təklif edib:

“Ərazilərdə sahə müvəkilləri ilə yanaşı, üç nəfər də peşəkar sosial işçilər təyin olunmalıdır. O işçilər proflaktik söhbətlər edə və belə hadisələrin qarşısını ala bilərlər”.




Psixoloq Zeynəb Əyyubova isə saytımıza açıqlamasında ailə-məişət hadisələrinin 70 faiz hallarda kişilərin günahı üzündən baş verdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan qadını xoşbəxt olmaq istəyir, ailəcanlı olur, amma kişilər bunun qarşısını kəsir:

“Nə qədər ki kişilərinin gözü çöldədir, onlar öz qadınları deyil, başqa qadınların arxasınca gedəcəklər, onda Azərbaycanda ailə sistemi dağılacaq, ailə məsuliyyəti qalmayacaq. Mənə müraciət edən qadınların əksəriyyətinin problemi xəyanət, məsuliyyətsizlik, kişinin evə bağlı olmamağıdır. Kişi xəyanət edir, qadınların da hərəsi buna bir cür reaksiya verir. Yaxud kişi qısqanclıq zəminində xanımına əziyyət verir, aralarında mübahisə düşür. Ancaq ayrılmaq istəyən qadına qarşı reaksiyalar sərt olur. Bunun qarşısını yalnız Azərbaycan kişisi ala bilər. Oğlanlara düzgün tərbiyə verməliyik ki, sabah onlar da ailə başçıları kimi eyni səhvləri təkrarlamasınlar”.
Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər