Ru
16:01 / 29 Aprel 2025

"Ailə park" MTK ilə sakinlər arasında qalmaqal - Gecə saatlarında söküntü aparılır (VİDEO)

"Ailə park" MTK ilə sakinlər arasında qalmaqal -  Gecə saatlarında söküntü aparılır (VİDEO)
Eye

Bir qrup paytaxt sakini Bakı şəhərində fəaliyyət göstərən "Ailə park" MTK-dan şikayətçidir.

Bakupost.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, Nərimanov rayonu ərazisində "Ailə park" MTK tərəfindən gecə saatlarında söküntü işləri aparılıb.

Bu isə vətəndaşların haqlı narazılığına səbəb olub. "Ailə park" MTK-nın əməkdaşları həmin ərazidə yaşayan sakinlərin etirazlarına məhəl qoymayıblar və söküntü işlərini davam etdiriblər.

Xatırladaq ki, "Ailə park" MTK ötən gün ağacları kəsdiyinə görə cəzalandırılıb. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən verilən məlumata görə, İdarənin əməkdaşları nəzarət tədbirləri zamanı Nərimanov rayonu, İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində "Ailə park" MTK tərəfindən aparılan söküntü işləri zamanı 15 ağac və kol bitkisinin kəsildiyini və təbiətə 13 min 380 manat məbləğində ziyan dəydiyini müəyyən edib. Faktla bağlı akt tərtib olunub.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar