Ru
15:08 / 09 Yanvar 2025

Akademiyadan 100-ə yaxın işçinin ixtisar edilməsi xəbərinə AÇIQLAMA

Akademiyadan 100-ə yaxın işçinin ixtisar edilməsi xəbərinə AÇIQLAMA
892

Azərbaycan İdman Akademiyasından 100-ə yaxın işçinin vəzifəsindən azad edilməsi ilə bağlı məsələyə münasibət bildirilib.

Bakupost.az xəbər verir ki, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, akademiyanın publik hüquqi şəxsə çevrilməsi ilə bağlı qərar verildikdən sonra bir sıra silsilə islahatların tətbiqinə başlanılıb:

"Bildiyiniz kimi, Nazirlar Kabineti 13 may 2024-cü il tarixində "Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" qərar verib və Azərbaycan İdman Akademiyası publik hüquqi şəxsə çevrilib.

Bunu əsas tutaraq, Azərbaycan İdman Akademiyası öz təhsil strategiyasını daha da təkmilləşdirilmək və qısa vaxt ərzində müasir beynəlxalq standartlara nail olmağı qarşısına hədəf olaraq qoyub. Bunun üçün bir sıra silsilə islahatların tətbiqinə başlanılıb".

Həmçinin qurumdan əlavə edilib ki, akademiyanın inzibati heyətinin müasir tələblərə uyğunlaşdırılması prosesi hazırda davam etdirilir:

"Bir neçə mərhələdən ibarət olan islahatlara eyni zamanda Akademiyanın inzibati heyətinin formalaşdırılması da daxildir. Belə ki, hazırda Azərbaycan İdman Akademiyasının inzibati heyəti müasir tələblərə uyğun olaraq, tərəfsiz münsiflərin də iştirakı və videoqeydiyyat prosesi olmaqla fərdi müsahibələr əsasında təşkil edilir. Müsahibəni uğurla keçənlərə müvafiq vəzifələr təklif edilir.

İnanırıq ki, tezliklə idman ictimaiyyəti akademiyanın ölkənin idman siyasətinin tələbinə uyğun olaraq peşəkar idmanın inkişafı üçün həyata keçirmiş olduğu bu islahatlarının müsbət nəticələrinin şahidi olacaq".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar