Ru
19:26 / 25 Mart 2025

AKP rəsmisi qəzada öldü - FOTO

AKP rəsmisi qəzada öldü - FOTO
Eye

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Bolu əyaləti Gerede rayon təşkilatının sədri Mehmet Çonqar yol qəzasında ölüb.

Bakupost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 00:30 radələrində Bolu istiqamətində hərəkətdə olarkən onun idarə etdiyi avtomobil arxadan yük maşınına çırpılıb.

Qəzadan sonra hadisə yerinə yanğınsöndürən, təcili yardım və polis qrupları cəlb edilib. Avtomobildə sıxılmış vəziyyətdə qalan Çonqar yanğınsöndürənlər tərəfindən çıxarılıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar