Ru
09:10 / 25 İyul 2024

Aksiz dərəcəsi artırıldı - Siqaret nə qədər bahalaşacaq?

4982
Xəbər verdiyimiz kimi, Azərbaycanda siqarlar və siqaretlər üçün aksiz dərəcəsi artırılıb. Belə ki, ölkəyə gətirilən, tərkibində tütün və tütün əvəzləyicisi olan siqarillaların 1000 ədəd iüçün 43 manatdan 45,5 manata qaldırılıb.


Aksiz dərəcəsi tərkibində tütün, eləcə də tütün əvəzləyicisi olan siqaretlərın 1000 ədədi üçün 46,5 manatdan 53,5 manata qaldırılıb.


Bəs qərardan sonra siqaretin qiyməti bahalaşacaqmı?




Məsələ ilə bağlı deputat Rüfət Quliyev Bakupost.az –a açıqlama verib.

“Aksiz, vergi, dərəcələr, ödəmələr artanda təbii ki, maya dəyərinə də təsir edir. Düşünürəm ki, cüzi bir artım olacaq. Ola bilər ki, 1 qutu siqaretdə 5-10 qəpik artım olsun. Ondan artıq olmayacaq”.

Aygün Nəbiyeva
BakuPost



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar