Ru
13:18 / 25 Dekabr 2024

Aktauda qəzaya uğrayan təyyarə ilə bağlı İLGİNC FAKTLAR

Aktauda qəzaya uğrayan təyyarə ilə bağlı İLGİNC FAKTLAR
14610

Xəbər verdiyimiz kimi, Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Aktauda qəzaya uğryıb.

Bakupost.az xəbər verir ki, Embraer 190 təyyarələri Braziliyanın eyniadlı şirkəti tərəfindən istehsal olunur. Bu sərnişin təyyarəsi E-Jet ailəsinə daxildir və ilk dəfə 2004-cü ildə təqdim olunub.

Embraer 190 qısa və orta məsafəli uçuşlar üçün nəzərdə tutulub. İki mühərrikli, dar gövdəli bu təyyəralərin 2006-cı ildən geniş istehsalına başlanılıb. Təyyarə əsas versiya ilə yanaşı, uçuş məsafəsi artırılmış Embraer 190LR versiyasına da malikdir.

Embraer 190 təyyarəsi təxminən 3-4 min kilometr məsafədə 106 sərnişin daşıma qabiliyyətinə malikdir. Azərbaycan Hava Yolları (AZAL) 2013-cü ildə ilk Embraer 190 təyyarəsini alıb və bu təyyarələrdən Tehran, Tbilisi, Volqoqrad kimi şəhərlərə uçuşlar üçün istifadə edib.

Bu təyyarələr, xüsusilə qısa və orta məsafəli marşrutlar üçün effektiv və etibarlı bir seçim olaraq tanınır. Embraer 190, müasir aviasiya tələblərinə cavab verən texnoloji xüsusiyyətləri və sərnişinlər üçün komfortlu uçuş şəraiti ilə seçilir.

Embraer 190 təhlükəsizlik baxımından yüksək nüfuza malik olsa da, digər kommersiya təyyarələri kimi, onunla da bağlı əvvəllər bir sıra insidentlər baş verib.

Belə ki, 2007-ci ildə JetBlue Airways aviaşirkətinə məxsus təyyarənin enişi zamanı əyləc sistemində nasazlıq yaranıb. Lakin hava gəmisi heç bir fəsad olmadan uğurla eniş edib.

2011-ci ildə Aerosvit Airlines aviaşirkəti pilotun səhvi səbəbindən Embraer 190 təyyarəsindən məhrum olub.

2018-ci ildə İndoneziyada Embraer 190 təyyarəsində sistem nasazlığı baş verib və nəticədə məcburi eniş edilib. Ancaq hadisənin araşdırılması konstruktiv qüsurların olmadığını ortaya çıxarıb.

Qeyd edək ki, bu tip təyyarənin quşlarla toqquşma nəticəsində qəzaya uğraması ilk dəfədir ki, baş verir.

Lalə Novruz, BakuPost



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar