Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan altı nəfərin stasionar müalicəsi davam edir. Onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir. Üç nəfər səhhətinin yaxşılaşması səbəbindən xəstəxanadan buraxılıb.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.
"Aktauda Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan üç Rusiya vətəndaşı səhhətlərinin yaxşılaşması səbəbindən xəstəxanadan buraxılıb. Altı nəfərin stasionar müalicəsi davam edir. Onlardan üçünün vəziyyəti ağır olaraq qalır, digər üç nəfərin, o cümlədən bir uşağın vəziyyəti orta ağırdır. Xəstələr bütün zəruri müalicəni alırlar", - A.Kuznetsov qeyd edib.