Aktau yaxınlığında 38 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələri bu həftə açıqlanacaq.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat verib.
Nazirlikdən bildirildiyinə görə, Rusiya, Braziliya və Azərbaycan mütəxəssislərinin iştirakı ilə Aktauda baş vermiş təyyarə qəzasının təhqiqatı yekun mərhələdədir.
Lalə, BakuPost