Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin gövdəsində 2014-cü ildə Ukrayna üzərində vurulan Malayziya Hava Yollarının MH17 təyyarəsindəki qəlpə izlərinə bənzər zədələr olub.
Adının açıqlanmasını istəməyən fransız aviasiya eksperti qeyd edib ki, Aktauda Milad bayramı öncəsi baş verən bu qəza MH17 faciəsini xatırladır. Qeyd edək ki, o, zaman Rusiyanın dəstəklədiyi separatçılar Donbas üzərində Malayziya Hava Yollarının MH17 təyyarəsin "yer-hava" raketi ilə vurmuş və hadisə nəticəsində 298 nəfər həlak olmuşdu.
Xatırladaq ki, dünən Bakıdan Qroznıya uçan “Embraer 190” təyyarəsi Aktauda eniş zamanı qəzaya uğrayıb. Qəzada 38 nəfər həyatını itirib, 29 nəfər xəsarət alıb.
Hadisə yerindən çəkilən videoda təyyarənin kəskin şəkildə aşağı enərək yerə çırpılıb partladığı görünür. Digər görüntülərdə təyyarənin zədələndiyi, o cümlədən gövdənin qanadlardan ayrıldığı və üzərində qəlpə izləri olduğu aydın görünür.
Fransanın BEA agentliyinin mütəxəssisi bildirib ki, qəlpələr təyyarəyə ciddi vurub.
Son onillikdə bu, mülki təyyarənin Rusiya istehsalı olan raketlə vurulmasına dair ikinci haldır.
Amsterdamdan Kuala-Lumpura uçan MH17 təyyarəsi, səhvən Rusiya tərəfdarı qüvvələr tərəfindən Ukrayna hərbi təyyarəsi kimi vurulmuşdu.
İstintaq MH17-nin "yer-hava" raketi ilə vurulduğunu müəyyən edib. Bu təyyarədə tapılan qəlpə dəlikləri “Embraer 190”dakı zədələr kimi olub.
Osprey Flight Solutions şirkətindən Metyu Bori deyib ki, hər iki hal səhv tanınmanın nəticəsi ola bilər:
"MH17 Ukrayna hərbi təyyarəsi, AZAL-8243 isə Ukrayna pilotsuz uçan aparatı ilə səhv salınıb".
Hökumət mənbələri bildiriblər ki, AZAL təyyarəsinə atılan raket gövdəyə yaxın bir yerdə partlayaraq sərnişin və ekipaj arasında itkilərə səbəb olub.
Lalə, BakuPost