"Xaç atası" ulduzu Al Paçino keçmiş gənc sevgilisi Nur Alfallah ilə ictimaiyyət qarşısına çıxıb.
Bakupost.az xəbər verir ki, fotolar Daily Mail saytında dərc olunub.
84 yaşlı Al Paçino və 31 yaşlı Nur Alfallah Santa Monikadakı Aero Teatrında görüntülənib. Onlar 1973-cü ildə çəkilmiş və aktyorun baş rolda oynadığı "Serpiko" filminin özəl nümayişində iştirak ediblər. Bu, keçmiş sevgililərin ayrıldıqdan sonra ilk səfəridir.
Oktyabr ayında Al Paçinonun nümayəndəsi açıqlamışdı ki, aktyor və prodüser Nur Alfallah arasında yalnız dostluq münasibətləri var. Onun sözlərinə görə, indi keçmiş sevgililər “çox yaxşı dostdurlar”. Onlar 2023-cü ildə doğulan oğulları Romanı birlikdə böyütməyə davam edəcəklər.
Lalə Novruz, BakuPost