Ru
15:35 / 27 Mart 2025

Alatava ərazisində aparılan söküntü işləri dayandırılıb: Ev sahibi ilə görüşəcəklər - YENİLƏNDİ

Alatava ərazisində aparılan söküntü işləri dayandırılıb: Ev sahibi ilə görüşəcəklər - YENİLƏNDİ
Eye

"Alatava ərazisində aparılan söküntü işləri dayandırılıb"

Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirib.

Qeyd olunub ki, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

"Qeyd edək ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılmış və aktlaşdırılmışdır. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək", - məlumatda bildirilib.

Sözügedən ərazidə tikinti işləri aparan "FEBA MTK" şirkətinin nümayəndəsi Ərzuman Murtuzayev Teleqraf-a açıqlamasında bildirib ki, hadisə işçinin səhlənkarlığı ucbatından baş verib.

“Ziyan evə deyil, eyvana dəyib. Onu edən yeni işçi olub, ona göstəriblər amma o səhv yeri dağıdıb. İş qəzasıdır, işçinin səhlənkarlığından baş verib. Ev sahibi ilə görüşüləcək, hansı tədbir lazımdırsa görüləcək”.

Qeyd edək ki, Bakının Yasamal rayonu Alatava ərazisində tikinti şirkəti sakinlərin razılığı olmadan evin bir hissəsini dağıdıb. Nəticədə evin pəncərəsi dağılıb, mənzilə ciddi ziyan deyib.

****
15:30

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi Abdulvahab Salamzadə küçəsində tikinti şirkəti yaşayış olan evin bir hissəsini dağıdıb.

DİN-in Mətbuat Xidmətindən Bakupost.az -a bildirilib ki, həmin tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb:

****

15:13

Bakının Yasamal rayonu Alatava ərazisində sakinlərin narazılığı ilə nəticələnən olayla bağlı araşdırma aparılır.

Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq “Melissa Park” şirkətindən bildirilib.

“Məsələ ilə bağlı aidiyyəti bölməyə məlumat verilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Bu barədə əlavə məlumat veriləcək”, - açıqlamada qeyd olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə “Melissa Park”ı təmsil edən şəxslərin həmin ərazidə sakinlərin razılığı olmadan bir evi sökdüyü görüntülər yayılıb.

****
14:11

Bakıda tikinti şirkətinin yaşayış olan evləri sökməsini əks etdirən görüntülər yayılıb.

Bakupost.az xəbər verir ki, görüntüləri Əzizə Kərimli sosial şəbəkə səhifəsində yayıb.

O bildirib ki, bu gün “Melissa Group” tikinti şirkəti Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında söküntü işləri aparır.
Söküntü zamanı daxilində yaşayış olan evlər də ekskavator vasitəsilə dağıdılıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən, dağıntı altında qalanın olmadığı müəyyən edilib.
“Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır”.

" target="_blank">


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar