Xalq artisti Alim Qasımovun səhhətində problem yaranıb.
Bakupost.az xəbər verir ki, bu barədə xalq artisti "İncə səhər" verilişində deyib.
A.Qasımov bildirib ki, onun ayağında revmatizm xəstəliyi yaranıb:
"Problem iki qanadlıdır. Problem olur, düzəlir. Ayağım şişdi. İndi heç nə yoxdur. Soyuqdəymədən əmələ gəlib. Bizdə buna "yel" deyirlər. Həkimlər isə revmatizm. Həkimə getdim. Söylədilər ki, ayağınızda şiş var, amma üzündə heç bir şey görsənmir. Yeriyəndə rahatlığımı alıb. Bununla bağlı dərmanlar qəbul edirəm. Ağrılar, xəstəliklər insanı insanlaşdırır və ürəyi kövrək edir".