Ru
17:41 / 10 Fevral 2025

"Alimenti ala bilməyən minlərlə ailə var, fond nə edəcək ki?” - Hüquqşünas

"Alimenti ala bilməyən minlərlə ailə var, fond nə edəcək ki?” - Hüquqşünas
1158


“Ölkədə aliment fondunun yaradılacağı bildirilir. Dünya praktikasında belə fondkar var. Onlar daha çox vətəndaşın hüququnun qorunmasını, boşanma çərçivəsində qadının və uşağın təminatını yüksəldir. Açığı, mən belə bir fondun davamlı fəaliyyətinə inanmıram. Bu fondlar özü-özünü maliyyələşdirir. Bəs vəsait hansı mənbələrdən toplanır? Adətən ilkin kapital olur, daha sonra isə alimentdən yayınaların əvəzinə həmin fond ödənişlər edir və yayınan şəxsdən onu reqres qaydasında alıb fonda qaytarırlar. Belə götürək ki, dövlət bu fondu yaratdı və ora deyək 20 milyon başlanğıc vəsait də köçürdü. Sonra nə baş verəcək?”.

Bunu Bakupost.az -a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.


Onun sözlərinə görə, bu gün ölkədə alimenti ala bilməyən minlərlə ailə var. Həmin vəsait dərhal xərclənəcək və fond o pulları borclulardan alıb qaytara bilməyəcək. Əgər qaytarmaq mümkündürsə, o zaman icra məmurları elə onu alıb ailəyə verərdi. Alıb ailəyə verə bilmirlərsə, fonda necə alıb verəcək? Alimentdən yayınanların çoxu ya ölkədə yoxdur, ya işləmirlər və ya rəsmən işləmirlər. Fond isə həm də topladığı pullardan öz aparatının (idarə xərcləri, əmək haqqları, xidməti avtomobillərin xərcləri, xarici ölkə təcrübəsini öyrənmək üçün xərclər və s.) xərclərini ödəməlidir:

“Belə fondlar o ölkələrdə fəaliyyət göstərə bilir ki, onlar reqres qaydada borclulardan pulları ala bilir, həmin pulların bir hissəsini investisiya edərək əlavə pul qazanır. Həmçinin bu fondların vəsaitinin bir hissəsi də ianələrdən formalaşır. Əgər o pulu dövlət büdcəsinin vəsaiti hesabına ödəyəcəklərsə, bu halda fond yaratmağa və artıq xərclərə nə ehtiyac var? Elə mövcud dövlət orqanlarından aidiyyatı biri bu funksiyanı yerinə yetirə bilər”.

Sevinc,
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar