Ru
16:07 / 10 Oktyabr 2024

Alimlər 162 min yeni virus aşkar etdilər

627
Çin və Avstraliya alimləri 162 min yeni virus aşkar ediblər.

Bakupost.az "KP"-yə istinadən xəbər verir ki, onlar buna süni intellektin köməyi ilə nail olublar.

SCMP nəşrinin məlumatına görə, hər şey xüsusi verilənlər bazası vasitəsilə həyata keçirilib. Süni intellekt əvvəllər yüklənmiş məlumatları araşdırıb və bundan sonra elm adamlarına müxtəlif mühitlərdə, o cümlədən atmosferdə və isti bulaqlarda yeni RNT virus növlərini kəşf etməyə kömək edib.

"Biz dəqiqlik, səmərəlilik və ən əsası aşkar etdiyi virus müxtəlifliyinin genişliyi baxımından ənənəvi metodları üstələyən və verilənlər bazasına əsaslanan dərin öyrənmə modelini inkişaf etdirdik", - deyə alimlər qrupunun açıqlamasında deyilir.

Qeyd edilir ki, bu araşdırma süni intellektin sayəsində növlərin kəşfi ilə bağlı ən böyük hadisədir. Süni intellekt prosesi əhəmiyyətli dərəcədə sürətləndirib və yeni sahələrin açılmasına imkan verib. Gələcəkdə neyroşəbəkələrin də analoji şəkildə istifadə edilməsi planlaşdırılır.

"Virusların patogenliyinə gəlincə, biz onların öz sahibləri ilə necə qarşılıqlı əlaqədə olduğunu daha dərindən öyrənə, həmçinin konkret insanı yoluxdura bilən virus qruplarını müəyyən edə biləcəyik", - alimlər bildiriblər.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar