Ru
18:45 / 24 Fevral 2025

Alimlər ən güclü günəş alışmasını proqnozlaşdırır

Alimlər ən güclü günəş alışmasını proqnozlaşdırır
664

Kosmik Hava Proqnozları Mərkəzi ən yüksək səviyyəli günəş alışmasının nə ilə nəticələnəcəyini açıqlayıb. Bildirilib ki, dünən Günəşdə bir neçə güclü partlayışbaş verib. Onların arasında ən yüksək sinifli X 2.0 alışması da olub.

Bakupost.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Yer Maqnitizmi və Radio Dalğalarının Yayılması İnstitutunun Kosmik Hava Proqnozları Mərkəzindən verilən məlumata görə, ilkin olaraq üç M sinfi məşəl qeydə alınıb ki, onlardan ən güclüsü M.4.9 olub. Daha sonra axşama yaxın günəş diskində ilin əvvəlindən indeksi 2.0 (X2.0) olan ən güclü X sinifli alışma qeydə alınıb. Oxşar hadisə 8 dekabr 2024-cü ildə də baş vermişdi.

Mütəxəssislərin fikrincə, bu təbiət hadisəsinin ən yüksək sinifli olmasına baxmayaraq, onun Yerə təsir göstərməsi gözlənilmir.Alimlər X2.0 alışmasının güclü maqnit qasırğalarına səbəb olacağınlı ehtimal etmirlər.

“Məsələ ondadır ki, fevralın 23-də baş verən bütün alışmalar günəş diskinin qərb hissəsində baş verib, yəni onlar birbaşa planetimizə yönəlməyib.Ona görə də bütün hesablamalara əsasən alışmaların enerjisinin böyük hissəsi bizdən yan keçməlidir” - deyə Günəş və Astrofizika Araşdırmalar Mərkəzinin rəhbəri Mariya Abunina bildirib.

Eyni zamanda, Abuninanın fikrincə, indi Günəşdə bir neçə tac dəlikləri peyda olub ki, onlardan uçan günəş materiyası birbaşa bizə yönəlsə, bizim üçün maqnit qasırğasına çevrilə bilər. Onun emissiyası 3-4 gün ərzində birbaşa Günəş-Yer xəttinə çata bilər.

Lalə, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar