Ru
18:44 / 22 Yanvar 2025

Alimlər molekulları "tələyə salmağı" bacardı

Alimlər molekulları "tələyə salmağı" bacardı
571


Harvard Universitetinin kimya və fizika professoru Kan-Kuen Ninin rəhbərlik etdiyi alimlər qrupu ilk dəfə olaraq molekulları tutmağa və kvant əməliyyatları yerinə yetirmək üçün onlardan istifadəyə müvəffəq olub. Bu, molekulyar quruluşların kvant hesablamalarında tətbiqi üçün yeni imkanlar açır.

Bakupost.az xəbər verir ki, işin nəticələri "Nature" jurnalında dərc olunub.

Uzun müddət molekullar kvant hesablamalarında onların mürəkkəb daxili quruluşu və qeyri-sabitliyi səbəbindən istifadə olunmurdu. Atomlar və ya ionlar kimi daha sadə hissəciklərdən fərqli olaraq, molekulları idarə etmək çətindir, bu da onları kvant kompüterlərinin əsas məlumat vahidi olan kubitlər kimi tətbiq etməyi çətinləşdirirdi.

Alimlər optik cımbızlardan - molekulları ultra-soyuq temperaturadək soyudan yüksək fokuslanmış lazer şüalarından istifadə edərək natrium-sezium (NaCs) molekullarını sabitləşdirə bildilər. Bu, molekulların hərəkətini minimuma endirməyə və onları kvant əməliyyatlarını yerinə yetirmək üçün elektrik qarşılıqlı təsirləri ilə istifadə etməyə imkan verdi.

"Bu, kvant hesablamaları üçün molekulyar platformanın yaradılması istiqamətində mühüm bir addımdır", - deyə tədqiqatın həmmüəllifi Enni Pak qeyd edib. O əlavə edib ki, molekulların unikal xüsusiyyətləri kvant texnologiyalarının inkişafı üçün geniş imkanlar təklif edir.

Lalə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar