Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:05 / 18 Oktyabr 2024

Alimlər süni ağız yaratdılar - O, niyə lazımdır? - FOTO

642
Alimlər ağızı əvəz edən və onun çeynəmə funksiyasını imitasiya edən süni cihaz yaradıb.

Bakupost.az xəbər verir ki, Fransa və Yaponiya alimlərinin hazırladığı cihaz silikon dil, damaqdan ibarətdir. O, insan dilinin hərəkətlərini imitasiya edə bilir.
Belə ki, süni ağız hələ ki, yumşaq qidanı ağızda hərəkət etdirib, əzməyə və həll etməyə hesablanıb.

Dünyada hər il udma, çeynəmə aktı pozulan, qidalanmada problem yaşayan insanların xəstələrin sayı artır. Bu vaxta kimi mövcud olan müasir modellərin heç biri dil və ağızı dəqiqliklə imitasiya edə bilməyib.

Lakin son süni ağız dəqiq proqramlaşma sayəsində təbii hərəkət və çeynəməni əvəz edəcək. Nəticədə bu xəstələr üçün uyğun qida məhsulları istehsal olunacaq.

Süni ağız kremli desert, şokoladla sınanıb. Gələcəkdə məhz bu model təkmilləşdirilərək çeynəmə funksiyası əvəz oluna bilər. Hətta dili olmayan insanlar üçün də yumşaq süni dilin yaradılması düşünülür.

Aygün Musayeva, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar