Kolorado Universitetinin amerikalı alimləri sübut ediblər ki, milyardlarla il əvvəl Mars yağış, qar və dolu çayları olan isti və rütubətli planet olub.
Bakupost.az xəbər verir ki, tədqiqat Journal of Geophysical Research: Planets (JGRP) elmi nəşrində dərc olunub.
Komanda iki fərziyyəni müqayisə edərək kompüter simulyasiyalarını həyata keçirib: "isti və nəm" və ya "soyuq və quru" Mars. Təhlil göstərdi ki, qədim dərələrin və çay şəbəkələrinin nümunələri buzlaqların əriməsi ilə deyil, güclü yağışlarla daha yaxşı izah olunur.
Məlum olub ki, Mars vadilərinin landşaftları yerüstü mənzərələrə, məsələn, ABŞ-ın Yuta ştatındakı kanyonlara bənzəyir.
Bundan əlavə, çayların başlanğıcı müxtəlif hündürlüklərdə formalaşmışdır ki, bu da buzlaq axınından çox yağış üçün xarakterikdir. Nəhayət, NASA-nın Perservation robotu Jezero kraterində yalnız şiddətli çay axınlarının daşıya biləcəyi daşlar tapıb.
Tədqiqatın həmmüəllifi Brayan Haynek deyib: "Mars Yerdə tektonik fəaliyyət nəticəsində silinmiş proseslərin izlərini qoruyub saxlayan zaman kapsuludur. Onun iqlim tarixini anlamaq planetimizin təkamülünün ilkin mərhələlərini yenidən qurmağa kömək edir".
Əsas sirr Marsın zəif Günəş şüalarına baxmayaraq, maye su üçün kifayət qədər temperaturu necə saxlamasıdır. Alimlər cavab tapmaq üçün yeni modellər planlaşdırırlar.
Zaur,BakuPost