Ru
16:57 / 27 Yanvar 2025

Alkoqollu içkilərin minimum qiyməti müəyyən olunacaq

Alkoqollu içkilərin minimum qiyməti müəyyən olunacaq
1012

Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması qaydası müəyyənləşir.

Bakupost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əlaəv edilən yeni - 29-1-ci maddədə əksini tapıb.

Qanuna əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Alkoqollu pərakəndə satışına dair içkilərin minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunacaq. Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar