Ru
13:13 / 22 Aprel 2025

Allahverdi Bağırovun oğlu: Qəbrinin üstünə “Qarabağ”ın loqosu olan şərf bağlayıblar

Allahverdi Bağırovun oğlu: Qəbrinin üstünə “Qarabağ”ın loqosu olan şərf bağlayıblar
Eye

“Atam həmişə “Qarabağ”ı yüksək liqalarda görmək istəyib. SSRİ dönəmində komandanı ən ali liqada görmək onun arzusu idi”.

Bakupost.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında “Qarabağ” futbol klubunun ilk məşqçisi, Milli Qəhrəman Allahverdi Bağırovun oğlu Elşən Bağırov deyib.

Doğum günündə anılan I Qarabağ müharibəsi şəhidi və veteran futbolçunun məzarı sabah ziyarət olunacaq. Oğlu bunun səbəbini belə izah edib: “Qəbrini sabah ziyarət edəcəyik. Bayraqları dəyişmişəm, gülləri qoymuşam. Yadımdan çıxıb ki, portala iki gün öncədən müraciət olunmalıdır. Hazırda Ağdamda, kəndimizdəyəm. Sabah mən, həyat yoldaşım və iki oğlum ora gedəcəyik”.

Elşən Bağırov “Qarabağ” klubu tərəfindən göstərilən diqqətdən də danışıb: “Futbol ictimaiyyətindən qəbrini ziyarətə gedən olacaqmı, onu bilmirəm. Amma çəkiliş olarkən “Qarabağ”ın veteranları da, oyunçuları da gedir. Qəbrinin üstünə “Qarabağ”ın loqosu olan şərf bağlayıblar. Veteranlar yad edirlər.


Qurban Qurbanovla bir neçə dəfə görüşmüşük. Amma hazırda əlaqəmiz yoxdur. Bu il heç bir tərəfdən dəvət olunmamışıq. Ötən illərdə isə tədbirlərə dəvət alırdıq”.

Milli Qəhrəmanın övladı hazırda ailə üzvlərindən heç kimin futbol sahəsinə yönəlmədiyini bildirib: “Başqa idman növləri, yəni kikboksinq, qaydasız döyüşlə məşğul olanlar var. Böyük oğlum uşaq vaxtı ciddi məşğul olub. İndi isə hərbi sahəyə yönəlib. Lakin futbolla məşğul olanımız yoxdur”.

Qeyd edək ki, Allahverdi Bağırov 1946-cı il aprelin 22-də Ağdamda anadan olub. O, 1976-cı ildə klubun baş məşqçisi təyin olunub və həmin il keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük rol oynayıb.1992-ci ildə Allahverdi Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib, iyunun 12-si şəhid olub.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar