Ru
16:02 / 25 Yanvar 2025

Alman mühəndis 120 gün suyun altında qaldı - Yeni rekord / FOTO

Alman mühəndis 120 gün suyun altında qaldı - Yeni rekord / FOTO
Eye


Alman mühəndis Rüdiger Kox su altında ən uzun müddət qalma üzrə yeni dünya rekordunu qırıb. O, Panama sahillərində xüsusi kapsulda 120 gün keçirib.

Bakupost.az xəbər verir ki, bu barədə “News Central” məlumat yayıb.

Koxun dünya rekordunu müəyyən etdiyi kapsulun sahəsi 30 "kvadrat"dır. O, 11 metr dərinlikdə suyun altında qalıb. Kapsul tualet, çarpayı və trenajorla təchiz edilib. Televizor, kompüter və interneti də olan kapsulda duş yoxdur.

Kapsulun günəş panelləri elektrik enerjisi istehsal edir, lakin Koxun ehtiyat generatoru da var.

Aerokosmik mühəndis 120 gün kapsulda qaldıqdan sonra əvvəlki rekordun sahibi olan amerikalı Cozef Diturinin 100 gün su altında qalma rekordunu qırıb. Koxun rekordu Ginnessin Rekordlar Kitabının nümayəndəsi tərəfindən qeydə alınıb.



Lalə, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar