Hansı bank etibarlıdır? - SORĞU
Ru
18:38 / 31 Oktyabr 2024

Almaniya İranın ölkədəki konsulluqlarını bağlayacaq

516
Almaniya İranın bu ölkədəki konsulluqlarını bağlayacaq.

Bakupost.az -ın xəbərinə görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Almaniya XİN İran əsilli vətəndaşı Cəmşid Şarməhdin edam edilməsinə cavab olaraq İranın ölkədə üç konsulluğunu bağlayacağını açıqlayıb.

Qeyd edək ki, bu günlərdə Almaniya vətəndaşı 68 yaşlı Cəmşid Şarməhdi İranda edam edilib. Cəmşid Şarməhdi 2020-ci ildə BƏƏ-yə səfəri zamanı oğurlanaraq zorla İrana aparılıb. 2023-cü ilin fevralında İran məhkəməsi onu milli təhlükəsizliyə təhlükə törətməkdə ittiham edərək edam cəzasına məhkum edib. Cəmşid Şarməhdi 2008-ci ildə Şirazda dini mərkəzdə 14 nəfərin ölümü və 215 nəfərin yaralanması ilə nəticələnən ölümcül partlayış hadisəsində günahlandırılan Tondar adlı monarxist qrupa rəhbərlik etməkdə təqsirli bilinib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar