Almaniya “Almaniya Əməliyyat Planı” kimi tanınan geniş fəaliyyət planı hazırlayaraq Rusiya ilə genişmiqyaslı hərbi münaqişəyə hazırlaşır.
Bakupost.az xəbər verir ki, bu barədə Almaniyanın “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzeti yazır.
Nəşrin məlumatına görə, ölkənin müdafiəsi və ya NATO-nun şərq cinahında Rusiyanın manevrinin qarşısının alınması halında hərəkətə keçmək üçün təlimatlar var. 1000 səhifəlik sənəd əsasən məxfi olaraq qalır.
Planda “xüsusilə hərbi səbəblərdən qorunmağa ehtiyacı olan” strateji əhəmiyyətli binaların və infrastruktur obyektlərinin mühafizəsi tədbirləri var.
Şərqdə münaqişə baş verərsə, Almaniyanın NATO-nun əsas logistika mərkəzi kimi roluna çox diqqət yetirilir.
Müharibədə biznes
Ordu artıq Almaniya müəssisələrini potensial fövqəladə vəziyyətə hazırlamağa başlayıb. Əməliyyat planının icrası çərçivəsində müxtəlif federal ştatlarda sahibkarlarla izahat işləri və görüşlər keçirilir.
Məsələn, Hamburq Ticarət və Sənaye Palatasının keçirdiyi iclasda Hamburqun ərazi müdafiəsi rəisi, polkovnik-leytenant Yorn Plişke şirkətlərə tövsiyə etdi ki, hər yüz işçidən ən azı beş nəfəri yük maşınlarını idarə etmək, dizel generatorları almaq və daxili böhran planlarını hazırlamaq üçün öyrədin.