London və Vaşinqton arasında Ukrayna Silahlı Qüvvələrinə Qərb silahları ilə Rusiya Federasiyası ərazisinə zərbələr endirməsinə icazə verilməsi ilə bağlı müzakirələrin Almaniya silahlarına aidiyyatı yoxdur.
Bakupost.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.
"Haqqında söhbət gedən spekulyasiyalar ümumiyyətlə, tədarük etmədiyimiz silahlara aiddir və buna görə də heç bir dəyişiklik tələb olunmur", - o deyib.
Hebeştrayt sözlərinə görə, Ukrayna tərəfinə “Taurus” qanadlı raketlərinin verilməsindən imtina ilə bağlı mövqe də dəyişmıyib.
Bundan əvvəl Almaniya Müdafiə naziri Boris Pistorius Aİ ölkələrinin ikitərəfli əsasda Ukrayna silahlı qüvvələrinə öz uzaqmənzilli silahlarından istifadə edərək Rusiya ərazisinə dərin zərbələr endirməyə icazə verə biləcəyi barədə bəyanat vermişdi. Bununla belə, o, Böyük Britaniya və ABŞ başçılarının Kiyevin Qərbin uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərini atəşə tutmasına dair müzakirələrini şərh etməkdən imtina edib.
Zaur
BakuPost