Ru
00:21 / 30 May 2024

Almaniya səfiri: "Şuşanın yenidənqurma proqramından təsirləndim"

5080
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycanın Almaniyadakı Ralf Horlemannı məcburi köçkünlərin Şuşaya qaytarılması barədə məlumatlandırıb.

Bakupost. az xəbər verir ki, bu barədə almaniyalı diplomat "X" sosial şəbəkədə bildirib.

"Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimov ilə səmərəli görüş keçirdim və inkişaf səyləri, habelə Şuşanın məcburi köçkün icmasının geri qayıtması haqqında çox şey öyrəndim", - səfir qeyd edib.

Şuşadakı yenidənqurma proqramının gedişindən təsirləndiyini vurğulayan Horlemann şəhərə gəlişinin sonuncu olmadığına işarə edib:

"Şuşaya həqiqətən aşiq oldum, yenidənqurma proqramının gedişindən çox təsirləndim. Yenə gələcəyəm!".


Şərhlər
  • Saday Orucov

    Yazdıqlarınızı vaxtaşırı özünüz də oxusanız pis olmaz. Alman səfirinin Şyşaya səfəri barədə yazılanlar sadəcə biabırçılıqdır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar