Ru
18:31 / 11 Aprel 2025

Almaniya Ukraynaya "Patriot" verməkdən imtina etdi

Almaniya Ukraynaya "Patriot" verməkdən imtina etdi
Eye

Almaniya Ukraynaya əlavə "Patriot" hava hücumundan müdafiə sistemləri ötürə bilməz.

Bakupost.az Reuters-ə istinadən xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius deyib.

"Hazırda daha çox təmin edə bilmərik, çünki biz yaxın illərdə Raytheondan tədarükləri gözləyirik, bu, 2027-ci ilə qədər olmayacaq", - Almaniyanın müdafiə naziri bildirib.

Aprelin 6-da Ukrayna prezidenti Vladimir Zelenski müttəfiqlərini saxladıqları, lakin istifadə etmədikləri bütün Patriot sistemlərini Kiyevə təhvil verməyə çağırıb. O vurğulayıb ki, müttəfiqlərlə əldə edilən, lakin həyata keçirilməyən bütün razılaşmaları intensivləşdirilməlidir. Ukrayna lideri xüsusilə ABŞ-la hava hücumundan müdafiə sahəsində ikitərəfli işin zəruriliyini qeyd edərək, Rusiyanın raket zərbələrinin qarşısının alınmasında Vaşinqtonun töhfəsinin vacibliyini vurğulayıb. O, Ukraynanın hava hücumundan müdafiəsi ilə diplomatik mövqelərinin gücləndirilməsi arasında əlaqə olduğunu qeyd edib.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar